Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Böyük Britaniya kral ailəsində “yerləşmə” böhranı: Şahzadə Harri sarayda qalmayacaq

2 dəq
Paylaş:
Böyük Britaniya kral ailəsində “yerləşmə” böhranı: Şahzadə Harri sarayda qalmayacaq

Şahzadə Harrinin Londona səfəri zamanı “Buckingham” sarayında qalması ilə bağlı mübahisə yaranıb.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə mətbuatı və saray mənbələrinə istinadla məlumat yayılıb.

Məlumata görə, “Sussex” hersoqu Harriyə sarayda qalmaq üçün təklif olunan yerləşmə imkanına dair rəsmi cavabın müəyyən edilmiş müddətə qədər verilmədiyi iddia olunur. Bu səbəbdən hazırlıq işlərinin tamamlanmadığı və ona saray qapılarının bağlandığı bildirilir.

Qeyd olunur ki, saray qaydalarına əsasən, qonaqların qəbulu və -logistika məsələlərinin təmin edilməsi üçün əvvəlcədən təsdiq verilməsi vacibdir. Saray mənbələri Harrinin komandasının vaxtında qərar bildirmədiyini iddia edir.

Bununla belə, şahzadə Harrinin mətbuat katibi fərqli mövqe sərgiləyərək dəvətin qəbul edildiyini, lakin daha sonra saray tərəfindən geri götürüldüyünü bildirib və bu vəziyyəti “məyusedici” adlandırıb.

Məlumata əsasən, arasında yaranan fikir ayrılığı ilə arasında planlaşdırılan görüş öncəsi gərginliyi artırıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax