Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Əli Əsədov Oljas Bektenovu təbrik edib

1 dəq
Paylaş:
Əli Əsədov Oljas Bektenovu təbrik edib

Oljas Bektenova Baş naziri vəzifəsinə yenidən təyin olunması münasibətilə ünvanlayıb.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, məktubda qeyd olunub ki, Azərbaycan-Qazaxıstan münasibətlərinin hazırkı yüksək səviyyəsi ortaq tarix, mənəvi və mədəni dəyərlərlə sıx bağlı olan iki ölkənin qardaş xalqlarının iradəsini əks etdirir.

Qarşılıqlı etimad və dəstəyə əsaslanan siyasi dialoqun, ticarət-iqtisadi, investisiya, nəqliyyat, energetika, humanitar və digər sahələrdə əməkdaşlığın ardıcıl şəkildə genişlənməsinin Azərbaycan-Qazaxıstan tərəfdaşlığının strateji xarakterini əyani şəkildə nümayiş etdirdiyi vurğulanıb.

Azərbaycan və Qazaxıstan dövlət başçılarının rəhbərliyi altında iki ölkə arasında strateji tərəfdaşlığın bundan sonra da möhkəmlənəcəyinə və qarşılıqlı faydalı əməkdaşlığın daha da dərinləşəcəyinə əminlik ifadə olunub.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Xarici Siyasət

Hamısına bax

Bütün xəbərlər bir yerdə

Aktual

Yüklə