Yunanıstan prezidentinin iqamətgahında Ermənistan prezidenti Vaaqn Xaçaturyan və ölkə prezidenti Konstantinos Tasoulas arasında görüş keçirilir.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bununla bağlı "Armenpress" məlumat yayıb.
Bildirilib ki, iki prezident əvvəlcə təkbətək, ardınca isə geniş tərkibdə görüş keçirəcəklər.
Ermənistan və Yunanıstan prezidentləri arasında görüşün gündəliyinə çoxsahəli əməkdaşlığın inkişaf etdirilməsinə yönəlmiş məsələlər - təhlükəsizlik, iqtisadiyyat, ticarət, texnologiya, elm və təhsil daxildir.
İki ölkə arasında texnologiya sektorunda əməkdaşlıq anlaşma memorandumu imzalananacaq.
Həmçinin Yunanıstan Prezidenti Ermənistan Prezidentinə Xilaskar Ordeninin Böyük Xaçı təqdim edəcək.