Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Tramp Cənubi Koreya ilə hərbi təlimlərin miqyasını azaldır

2 dəq
Paylaş:
Tramp Cənubi Koreya ilə hərbi təlimlərin miqyasını azaldır

ABŞ Prezidenti ilə keçirilən birgə hərbi təlimlərin miqyasının əhəmiyyətli dərəcədə azaldılacağını açıqlayıb.

“Operativ Məlumat Mərkəzi – OMM” xəbər verir ki, Tramp “Truth Social” platformasındakı paylaşımında qərarın səbəblərindən birinin Seulun İranın nüvə proqramının zərərsizləşdirilməsi prosesində ABŞ-yə dəstək verməkdən imtina etməsi olduğunu bildirib.

ABŞ lideri həmçinin birgə hərbi təlimlərin böyük maliyyə vəsaiti tələb etdiyini və xərclərin əsas hissəsinin Vaşinqton tərəfindən qarşılandığını qeyd edib. O, Cənubi Koreyanın mövqeyini “uyğunsuz və düşmənçilik siqnalı” kimi qiymətləndirib.

Trampın sözlərinə görə, illik hərbi təlimlərin başlamasına az vaxt qaldığından onların tamamilə ləğvi artıq mümkün deyil. Bununla belə, o, təlimlərin miqyasının azaldılması ilə bağlı verdiyini açıqlayıb.

Tramp bildirib ki, Cənubi Koreya prezidentindən İranın məsələsində ABŞ-yə qoşulub-qoşulmayacaqlarını soruşub və qarşılığında “Xeyr, təşəkkürlər” cavabını alıb.

Buna baxmayaraq, Seul rəsmiləri planlaşdırılan birgə hərbi təlimlərin əvvəlcədən müəyyən edilmiş qrafikə uyğun keçiriləcəyini bildiriblər. Pxenyan isə məsələ ilə bağlı hələlik verməyib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax