Litva Respublikasının Prezidenti Gitanas Nauseda Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib. Məktubda dövlət başçısını və Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə təbrik edən G. Nauseda ölkəmizə sülh, rifah və təhlükəsizlik arzularını çatdırıb.
Litva ilə Azərbaycan arasında uzunmüddətli dostluq əlaqələrinin mövcud olduğunu vurğulayan Prezident Gitanas Nauseda, ikitərəfli dialoqun siyasi, iqtisadi və mədəni sahələrdə daha da genişləndirilməsinin vacibliyini qeyd edib. O, əmin olduğunu bildirib ki, bu əməkdaşlıq xalqların rifahına töhfə verəcək.
Məktubda Azərbaycan ilə Avropa İttifaqı arasında qarşılıqlı etimada əsaslanan tərəfdaşlığın güclənəcəyinə inam ifadə olunub. Eyni zamanda, Azərbaycan və Ermənistan arasında münasibətlərdə müşahidə olunan müsbət dinamikanın sülhə sadiqliyin göstəricisi olduğu vurğulanıb:
- Azərbaycan ilə Ermənistan arasındakı dialoq prosesi Cənubi Qafqaz regionunun təhlükəsizliyi və rifahı üçün mühüm əhəmiyyət daşıyır.
- Bu proses regiondan kənarda da sülhə öz töhfəsini verir.
Sonda Litva Prezidenti milli bayram münasibətilə ən xoş arzularını və yüksək ehtiramını çatdırıb.