Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

İlham Əliyev əməkhaqqında bərabərliklə bağlı qanunu imzaladı

3 dəq
Paylaş:
İlham Əliyev əməkhaqqında bərabərliklə bağlı qanunu imzaladı

Əməkhaqqında cinsə görə ayrı-seçkiliyin qarşısının alınması ilə bağlı dəyişikliklər təsdiqlənib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı İlham Əliyev Əmək Məcəlləsində və "Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında" qanunda dəyişikliyi imzalayıb.

Dəyişikliyə əsasən, eyni və ya bərabər dəyərli müxtəlif işi yerinə işçilərə bərabər əməkhaqqının verilməsini təmin etməli olacaq.

Məcəlləyə dəyişikliyə görə, işəgötürən cinsindən asılı olmayaraq eyni və ya bərabər dəyərli müxtəlif işi yerinə yetirən işçilərə bərabər əməkhaqqı ödəməyə borcludur. İşin bərabər dəyərli olması əmək şəraiti, əmək funksiyasının xarakteri və qüvvədə olan vahid tarif- sorğu kitabçalarında nəzərdə tutulmuş tarif-ixtisas xüsusiyyətləri nəzərə alınmaqla işəgötürən tərəfindən müəyyən ediləcək.

"Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında" qanuna dəyişikliklərə görə isə əməkhaqqının yalnız eyni və ya oxşar işlərə görə deyil, bərabər dəyərli işlərə görə də ödənilməsi nəzərdə tutulur.

Belə ki, "Cinsindən asılı olmayaraq bir iş yerində işləyən, eyni ixtisas dərəcəsinə olan, eyni iş şəraitində işləyən, eyni dəyərli işi yerinə yetirən işçilərə əməkhaqqı, həmçinin mükafatlar və işçini həvəsləndirmək məqsədilə ödənilən digər maddi ödənişlər eyni ödənilməlidir".

Qeyd edilən maddəyə əsasən, eyni ixtisas dərəcəsinə, eyni dəyərə malik eyni işi görən kişi və qadınlara bərabər əməkhaqqı ödənilir. Bu anlayış bərabər dəyərli iş üçün bərabər əmək haqqı standartından daha məhduddur, çünki eyni dəyərə malik olan müxtəlif işləri yerinə yetirən kişilərə və qadınlara aid edilmir. Bununla əlaqədar qanunun 9.1-ci maddəsi yeni redaksiyada verilir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Daxili Siyasət

Hamısına bax