Operativ Məlumat Mərkəzi

Prezident: Ümid edirəm ki, avroparlamentarilər Azərbaycana qarşı ədalətsiz mövqelərini yenidən nəzərdən keçirəcəklər

2 dəq
Paylaş:
Prezident: Ümid edirəm ki, avroparlamentarilər Azərbaycana qarşı ədalətsiz mövqelərini yenidən nəzərdən keçirəcəklər
bu sözləri Prezident İlham Əliyev yanvarın 20-də Davosda “Euronews” televiziyasına müsahibəsində Azərbaycanın Avropa Parlamenti tərəfindən daim tənqid...

Artıq uzun illərdir ki, biz Avropa Parlamenti və Avropa Şurasının Parlament Assambleyası ilə istənilən əməkdaşlığı dayandırmışıq.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu sözləri İlham Əliyev yanvarın 20-də Davosda “Euronews” televiziyasına müsahibəsində Azərbaycanın Avropa Parlamenti tərəfindən daim tənqid olunmasına münasibət bildirərkən deyib.

“Biz artıq buna reaksiya vermirik”, - deyən bildirib ki, ölkəmizə qarşı olan bu qərəzli vəziyyət Azərbaycanın müstəqil siyasətini həzm edə bilməyən xüsusi lobbiçilik qruplarının, xüsusi qüvvələrin fəaliyyətinin nəticəsidir.

“Artıq uzun illərdir ki, biz Avropa Parlamenti və Avropa Şurasının Parlament Assambleyası ilə istənilən əməkdaşlığı dayandırmışıq. Biz Avropa Komissiyası ilə edirik və bununla kifayətlənirik.

Düşünürəm ki, Ermənistanın özünün Azərbaycanla əlaqələri yüksək qiymətləndirdiyi bir vaxtda, bizi heç vaxt etmədiyimizdə, o cümlədən Ermənistana qarşı “təcavüzkar mövqedə” olmağımızda ittiham etməklə Avropa Parlamenti özünü çox qəribə vəziyyətə salır.

Ötən ilin avqustunda Ağ Evdə arasında sülh müqaviləsi paraflandı. Mən ümid edirəm ki, Avropa Parlamentinin üzvləri özlərində cəsarət taparaq Azərbaycana qarşı ədalətsiz mövqelərini yenidən nəzərdən keçirəcəklər”, - Prezident İlham Əliyev deyib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Xarici Siyasət

Hamısına bax