Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Tramp UFO-lar barədə məxfi sənədlərin açıqlanması barədə göstəriş verəcək

2 dəq
Paylaş:
Tramp UFO-lar barədə məxfi sənədlərin açıqlanması barədə göstəriş verəcək

ABŞ Prezidenti ölkənin Pit Heqsetə və UFO-lar (naməlum uçan obyektlər) haqqında hökumət sənədlərinin məxfiliyinin ləğv edilməsi ilə bağlı tapşırıq verəcəyini açıqlayıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə özünə məxsus "Truth Social" sosial şəbəkəsində paylaşım edib.

Prezidentin sözlərinə görə, o, Pentaqon rəhbərinə və müvafiq departamentlərə kənar sivilizasiyalar, yadplanetli həyatı və izah olunmayan hava hadisələri ilə bağlı sənədlərin müəyyən edilməsi və açıqlanması prosesinə başlamağı tapşıracaq.

Donald Tramp qeyd edib ki, bu addım həm də digər mürəkkəb, lakin cəmiyyət üçün maraqlı və vacib olan məsələləri əhatə edəcək.

Xatırladaq ki, Donald Tramp daha əvvəl verdiyi müsahibələrdə sabiq prezident Barak Obamanın yadplanetlilərin mövcudluğu barədə danışarkən məxfi məlumatları sızdırdığını iddia etmişdi. Yeni qərarın ABŞ-nin kosmik tədqiqatlar və milli arxivlərindəki bir çox qaranlıq məqamlara işıq salacağı gözlənilir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax