Prezident: “Bakı Ürək Günləri” Konqresinin Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunması rəmzi məna daşıyır

Prezident: “Bakı Ürək Günləri” Konqresinin Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunması rəmzi məna daşıyır
20.05.2023 13:18
Aa
dəq

“Bakı Ürək Günləri” VIII Beynəlxalq Konqresinin xalqımızın Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyinə həsr olunması rəmzi məna daşıyır. Ulu Öndər ölkəmizdə səhiyyə sisteminin təkmilləşdirilməsi və dünya standartları səviyyəsində qurulması işini daim diqqətdə saxlamışdır.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu fikirlər Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Bakıda keçirilən “Bakı Ürək Günləri” VIII Beynəlxalq Konqresinin iştirakçılarına ünvanladığı təbrik məktubunda qeyd olunub.

Məktubda vurğulanıb ki, Azərbaycan səhiyyəsinin ötən dövr ərzində keçdiyi yol təbabətin sürətlə irəliləyən sahələrindən biri kimi kardiologiya elminin mühüm nailiyyətlərinin tətbiqinə, ürək xəstəliklərinin müasir terapevtik və cərrahi üsullarla müalicəsinin təmin olunmasına əlverişli şərait yaratmışdır. Nüfuzlu kardioloji mərkəzlərdə gerçəkləşdirilən ən çətin əməliyyatların hazırda yeni nəsil həkimlərimizin fəaliyyəti sayəsində uğurla keçirilməsi qürur hissi doğurur.

“Ənənəvi “Bakı Ürək Günləri” Beynəlxalq Konqresinin kardiologiya və ürək-damar cərrahiyyəsinin inkişafında özünəməxsus rolu vardır. Bu sahə ilə bağlı geniş fikir mübadiləsinin aparılacağı tədbirinizdə dünyanın mötəbər tibb qurumlarını təmsil edən görkəmli kardioloq alim və cərrahların iştirakı Konqresinizin qazandığı yüksək etimadın göstəricisidir. Beynəlxalq təcrübədən qarşılıqlı surətdə lazımınca faydalanmaqla kardiologiyanın aktual məsələlərinin həllinə yönəlmiş birgə səylərinizin səmərəli olacağına inanıram.

Ümidvaram ki, böyük elmi və elmi-praktiki əhəmiyyətə malik bu Konqres azərbaycanlı mütəxəssislərin öz xarici həmkarları ilə əlaqələrini daha da möhkəmləndirəcək, yüksəkixtisaslı kadr hazırlığına, kardiologiyanın, ürək-damar cərrahiyyəsinin və ümumilikdə tibb elminin inkişafına töhfələr verəcəkdir”, - deyə Prezident İlham Əliyevin məktubunda bildirilib.

Həftənin ən çox oxunanları

MDM və investisiya şirkətləri çirkli pulların yuyulmasına qarşı birgə fəaliyyət göstərəcək

MDM və investisiya şirkətləri çirkli pulların yuyulmasına qarşı birgə fəaliyyət göstərəcək
DAVAMIN OXU davamın oxu

Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB 3

Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB 3
DAVAMIN OXU davamın oxu

Dövlət başçısı: Gənclərimiz heç kimin təsiri altına düşməməli, vədlərə aldanmamalıdırlar

Dövlət başçısı: Gənclərimiz heç kimin təsiri altına düşməməli, vədlərə aldanmamalıdırlar
DAVAMIN OXU davamın oxu

İlham Əliyev: Dünyada da bilirlər ki, Xankəndi şəhəri qədim Azərbaycan yaşayış yeri olub

İlham Əliyev: Dünyada da bilirlər ki, Xankəndi şəhəri qədim Azərbaycan yaşayış yeri olub
DAVAMIN OXU davamın oxu

Azərbaycan Prezidenti: Qarabağ Universitetinin yaradılması tarixi hadisədir

Azərbaycan Prezidenti: Qarabağ Universitetinin yaradılması tarixi hadisədir
DAVAMIN OXU davamın oxu