Prezident: "Azərbaycan neokolonializmə qarşı mübarizəni prioritet istiqamətlərdən biri kimi müəyyənləşdirib"

Prezident: "Azərbaycan neokolonializmə qarşı mübarizəni prioritet istiqamətlərdən biri kimi müəyyənləşdirib"
18.01.2024 13:34
Aa
dəq

Qoşulmama Hərəkatının yaradılmasının müstəmləkəçiyə qarşı mübarizənin təməl prinsiplərindən və fəaliyyət istiqamətlərindən biri olduğunu nəzərə alaraq Azərbaycan neokolonializmə qarşı mübarizəni də prioritet istiqamətlərdən biri kimi müəyyənləşdirib və bu prosesə öz dəstəyini verib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu Prezident İlham Əliyev yanvarın 18-də Syerra-Leone Respublikasının Azərbaycana yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri Alie Badara Kamaranın etimadnaməsini qəbul edərkən deyib.

Dövlət başçısı qeyd edib ki, Azərbaycan Qoşulmama Hərəkatının sədri olaraq təsisat çərçivəsində parlament, gənclər və qadınlar platformalarının yaradılması təşəbbüsləri ilə çıxış edib.

Bakı Təşəbbüs Qrupunun 2023-cü ildə həm Bakıda, həm də BMT-nin Cenevrə ofisində neokolonializm mövzusunda vacib tədbirlər keçirdiyini qeyd edən Azərbaycan Prezidenti vurğulayıb ki, müstəmləkəçi ölkələr Afrikada, Asiyada, Latın Amerikasında müstəmləkə altında saxladığı xalqlardan və dövlətlərdən ən azı üzr istəməlidirlər.

Dövlət başçısı onu da əlavə edib ki, müstəmləkəçiliyin forması dəyişsə də, mahiyyəti dəyişməyib və onu müxtəlif formalarda saxlayıb.

Həftənin ən çox oxunanları

Blinken Azərbaycan xalqını təbrik edib

Blinken Azərbaycan xalqını təbrik edib
DAVAMIN OXU davamın oxu

Azərbaycan Prezidenti: Malta ilə əməkdaşlığın inkişaf etdirilməsi üçün əlverişli imkanlar var

Azərbaycan Prezidenti: Malta ilə əməkdaşlığın inkişaf etdirilməsi üçün əlverişli imkanlar var
DAVAMIN OXU davamın oxu

Prezident İlham Əliyev maltalı həmkarını təbrik edib

Prezident İlham Əliyev maltalı həmkarını təbrik edib
DAVAMIN OXU davamın oxu

Türkiyə MN Azərbaycanı Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib

Türkiyə MN Azərbaycanı Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib
DAVAMIN OXU davamın oxu

Azərbaycan XİN Nepalı Milli Günü münasibətilə təbrik edib

Azərbaycan XİN Nepalı Milli Günü münasibətilə təbrik edib
DAVAMIN OXU davamın oxu