Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Prezident həmkarını təbrik etdi

2 dəq
Paylaş:
Prezident həmkarını təbrik etdi

İlham Əliyev Misir Ərəb Respublikasının Prezidenti əs-Sisiyə ünvanlayıb.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, məktubda deyilir:

“Hörmətli cənab ,

23 İyul – İnqilab Günü münasibətilə Sizi və Sizin simanızda bütün Misir xalqını öz adımdan və xalqı adından ürəkdən təbrik edir və ən xoş arzularımı çatdırıram.

Dostluq və qarşılıqlı hörmət ruhunda inkişaf edən Azərbaycan-Misir dövlətlərarası münasibətlərinin hazırkı səviyyəsi məmnunluq doğurur.

Əminəm ki, xalqlarımızın iradəsinə uyğun olaraq ölkələrimiz arasında dostluq əlaqələri, ikitərəfli və çoxtərəfli qaydada əməkdaşlığımız bundan sonra da birgə səylərimizlə yüksələn xətt üzrə inkişaf edəcək və daha da genişlənəcəkdir.

Bu bayram günündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, fəaliyyətinizdə müvəffəqiyyətlər, dost Misir xalqına daim əmin-amanlıq və rifah diləyirəm”.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Xarici Siyasət

Hamısına bax