Əsas məzmuna keç

Qəbələdə İlham Əliyevin Ukrayna Prezidenti ilə təkbətək və geniş tərkibdə görüşü olub - YENİLƏNİB

Qəbələdə İlham Əliyevin Ukrayna Prezidenti ilə təkbətək və geniş tərkibdə görüşü olub - YENİLƏNİB

Azərbaycan Prezidenti və Ukrayna lideri strateji tərəfdaşlıq, regional təhlükəsizlik və ikitərəfli əlaqələri müzakirə ediblər. Görüşün əsas təfərrüatları burada.

ru en

Ukrayna Prezidenti Volodimir Zelenski Azərbaycanda işgüzar səfərdədir.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, aprelin 25-də Qəbələdə Respublikasının Prezidenti İlham Əliyevin Ukrayna Prezidenti Volodimir Zelenski ilə və geniş tərkibdə görüşü olub.

Söhbət zamanı dövlətimizin başçısının Volodimir Zelenski ilə əvvəlki görüşləri məmnunluqla xatırlanıb, Ukrayna Prezidentinin Azərbaycana bu səfərinin ikitərəfli məsələlərinin müzakirəsi üçün yaxşı imkan yaradacağına əminlik bildirilib. Əməkdaşlığın bir çox istiqamətdə, o cümlədən enerji sahəsində genişləndirilməsinə dair fikir mübadiləsi aparılıb, kənd təsərrüfatı ilə bağlı məsələləri müzakirə olunub, Hökumətlərarası Komissiyanın fəaliyyətinə toxunulub.

Ölkəmizin Ukraynaya humanitar dəstəyini, eyni zamanda, Azərbaycan dövləti tərəfindən ukraynalı uşaqlara olan diqqət və qayğını yüksək qiymətləndirən qonaq bütün bunlara görə İlham Əliyevə minnətdarlığını bildirib.

Tezliklə bir qrup ukraynalı tələbənin reabilitasiya məqsədilə, həmçinin Azərbaycanın mədəniyyəti və incəsənəti ilə tanış olması üçün ölkəmizə səfərinin nəzərdə tutulduğu vurğulanıb.

***

Prezident İlham Əliyevin Azərbaycanda işgüzar səfərdə olan Ukrayna Prezidenti Volodimir Zelenski ilə təkbətək görüşü olub.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, görüş Qəbələdə keçirilib.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…