Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Prezident İlham Əliyev və Şahbaz Şərif arasında telefon danışığı olub

2 dəq
Paylaş:
Prezident İlham Əliyev və Şahbaz Şərif arasında telefon danışığı olub

İlham Əliyev və Pakistanın Baş naziri Şahbaz Şərif arasında baş tutub.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə məlumat Prezidentinin "X" hesabında paylaşılıb.

"Telefon danışığı zamanı liderlər Azərbaycan və Pakistan arasında qardaşlıq və strateji əlaqələri bir daha təsdiqləyərək, enerji, ticarət və insanlararası təmaslar daxil olmaqla, əsas sahələrdə əməkdaşlığın davamlı genişlənməsini məmnunluqla qeyd ediblər", - məlumatda qeyd olunub.

Ş. Şərif qlobal şəhərsalma gündəliyinin irəlilədilməsində Azərbaycanın ev sahibi kimi rolunu qeyd edərək, Bakıda qarşıdan gələn Ümumdünya Şəhərsalma Forumunun əhəmiyyətini vurğulayıb. Prezident İlham Əliyev Foruma göstərilən diqqətə görə minnətdarlığını bildirib və onun şəhərsalma gündəliyi üzrə aparıcı platforma kimi əhəmiyyətini vurğulayıb. Ş. Şərif təxirəsalınmaz işləri səbəbindən tədbirdə iştirak edə bilməyəcəyini, lakin Pakistanın Forumda layiqincə təmsil olunmasını təmin etdiyini qeyd edib.

Liderlər Yaxın Şərqə xüsusi diqqət yetirməklə, regional proseslər ətrafında fikir mübadiləsi aparıblar. Prezident İlham Əliyev Pakistanın fəal vasitəçilik rolunu, tərəflər arasında atəşkəsin təmin edilməsi istiqamətində uğurlu təşəbbüslərini və gərginliyin azaldılması səylərini çox yüksək qiymətləndirərək, bunun ölkə rəhbərliyinə olan güclü beynəlxalq inamı əks etdirdiyini qeyd edib.

Liderlər sıx əlaqədə qalmaq barədə razılığa gəliblər. Ş. Şərif Azərbaycan Prezidentini Pakistana səfərə dəvət edib və Prezident İlham Əliyev bu dəvəti minnətdarlıqla qəbul edib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Xarici Siyasət

Hamısına bax