Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Prezident həmkarını təbrik etdi

2 dəq
Paylaş:
Prezident həmkarını təbrik etdi

İlham Əliyev Qambiya Prezidenti Adama Barrouya ünvanlayıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, məktubda deyilir:

“Hörmətli cənab Prezident,

Qambiya Respublikasının milli bayramı – Günü münasibətilə Sizi və xalqınızı şəxsən öz adımdan və xalqı adından ürəkdən təbrik edirəm.

Biz Azərbaycan ilə Qambiya arasında sağlam təməllər üzərində qurulmuş münasibətlərin inkişafına böyük əhəmiyyət veririk. Ölkələrimizin BMT, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı və digər təsisatlar və platformalar çərçivəsində səmərəli əməkdaşlığını xüsusi qeyd etmək istərdim.

İnanıram ki, dostluq əlaqələrimizin möhkəmləndirilməsi, həm ikitərəfli, həm də çoxtərəfli qaydada əməkdaşlığımızın genişləndirilməsi yolunda birgə səylərimizi bundan sonra da uğurla davam etdirəcəyik.

Bu xoş fürsətdən istifadə edərək müqəddəs Ramazan ayının başlaması münasibətilə də səmimi təbriklərimi çatdırır, Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar, dost Qambiya xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm”.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Xarici Siyasət

Hamısına bax