Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

İlham Əliyev: Azərbaycan-Qırğızıstan münasibətləri ən yüksək səviyyəyə çatıb

2 dəq
Paylaş:
İlham Əliyev: Azərbaycan-Qırğızıstan münasibətləri ən yüksək səviyyəyə çatıb

Müttəfiqlik münasibətləri haqqında tarixi müqavilə arasındakı münasibətləri ən yüksək səviyyəyə çıxarıb.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə İlham Əliyev "ŞƏT plus" formatında keçirilən ali səviyyəli görüşdə çıxış edərkən deyib.

"İlk növbədə, dəvətə və qonaqpərvərliyə görə Qırğız Respublikasının Prezidentinə minnətdarlığımı bildirirəm. Qardaş Qırğızıstana yenidən səfər etməkdən məmnunam: bir ay əvvəl mənim dövlət səfərim çərçivəsində müttəfiqlik münasibətləri haqqında müqavilə imzalanmışdır. Bu tarixi sənəd Azərbaycan ilə Qırğızıstan arasındakı münasibətləri ən yüksək səviyyəyə çıxardı", - İlham Əliyev bildirib.

O həmçinin Sadır Japarovu və Qırğızıstan xalqını ölkənin sosial-iqtisadi inkişafındakı uğurları, beynəlxalq aləmdə nüfuzunun möhkəmlənməsi münasibətilə təbrik edib.

"Qırğızıstanın 2027-2028-ci illər dövrü üçün BMT Şurasının qeyri-daimi üzvü seçilməsi beynəlxalq ictimaiyyətin Qırğızıstanın yürütdüyü siyasəti dəstəklədiyini göstərir", - vurğulayıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Xarici Siyasət

Hamısına bax

Bütün xəbərlər bir yerdə

Aktual

Yüklə