Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Antalya Diplomatiya Forumunun açılış mərasimi keçirilir, Prezident İlham Əliyev mərasimdə iştirak edir - YENİLƏNİB

2 dəq
Paylaş:
Antalya Diplomatiya Forumunun açılış mərasimi keçirilir, Prezident İlham Əliyev mərasimdə iştirak edir - YENİLƏNİB

Aprelin 17-də Türkiyənin Antalya şəhərində 5-ci Antalya Forumunun açılış mərasimi keçirilib.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım tədbirdə iştirak ediblər.

Tədbirdə Türkiyənin naziri açılış nitqi ilə çıxış edib.

Sonra Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan çıxış edib.

Builki forumda 150-dən çox ölkədən 22 dövlət və hökumət başçısı, 14 dövlət və hökumət başçısının müavini, 39-u xarici işlər naziri olmaqla 50-dən artıq nazir, həmçinin 75-i beynəlxalq təşkilatların nümayəndəsi olmaqla ümumilikdə 500-dən çox yüksəksəviyyəli şəxs iştirak edir.

Forum çərçivəsində liderlərin panelləri də daxil olmaqla, 40-dan çox tədbir və sessiyanın keçirilməsi nəzərdə tutulur.

***

Türkiyənin Antalya şəhərində aprelin 17-də Antalya Diplomatiya Forumunun açılış mərasimi keçirilir.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Xarici Siyasət

Hamısına bax