Şimali Kiprin Baş naziri Ünal Üstel göstərilən dəstəyə görə Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür edib.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, o, bu barədə Türk Dövlətləri Təşkilatına (TDT) üzv dövlətlərin hökumət başçılarının və vitse-prezidentlərinin görüşündə çıxışı zamanı bildirib.
"Türk birliyinə olan sarsılmaz inamı və Şimali Kiprə göstərdiyi sonsuz dəstəyi ilə bizə güc verən Azərbaycan Prezidenti İlham Əliyevə şəxsən öz adımdan, hökumətim və azadlıq mübarizəsindən heç vaxt geri çəkilməyən Kipr türk xalqı adından ən dərin minnətdarlığımı bildirirəm.
İlham Əliyevin "Türk dünyası bizim ailəmizdir" vizyonu bu gün bu zaldakı iradənin ən güclü dayağıdır", - deyə Ünal Üstel əlavə edib.