Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Səfir Azərbaycanı yüksək təşkilatçılığa görə təbrik etdi

2 dəq
Paylaş:
Səfir Azərbaycanı yüksək təşkilatçılığa görə təbrik etdi

Meksika hökuməti və Mexiko şəhəri adından Azərbaycanı Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının () yüksək səviyyədə təşkilinə görə ürəkdən təbrik edirəm. Sizin dəstəyinizə, qonaqpərvərliyinizə və burada keçirdiyimiz vaxtın uğurlu olmasına yaratdığınız şəraitə görə dərin minnətdarlığımızı bildiririk. Biz bir daha xalqının qonaqpərvərliyinin şahidi olduq. Xüsusilə gənc könüllülər bizə böyük dəstək göstərdilər, istiqamət verdilər və fikir mübadiləsi aparmaqda kömək etdilər. Onlara xüsusi təşəkkürümü bildirirəm.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu fikirləri 2028-ci ildə WUF14-ə ev sahibliyi edəcək Meksikanın Azərbaycandakı səfiri Mariya Viktoriya Romero Kabalyero BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının (WUF13) yekun konfransında söyləyib.

Səfir, eyni zamanda, UN-Habitat-a da təşəkkür edərək, tədbirdə məzmunlu iştirakı təmin etdiyinə görə təşəkkür edib və bildirib ki, WUF13-ün əhəmiyyəti Meksika nümayəndə heyətinin yüksək səviyyədə təmsil olunması ilə də özünü göstərib. Nümayəndə heyətinin tərkibində şəhərsalma naziri, Mexiko şəhərinin qubernatoru, nazirinin müavini və müxtəlif dövlət qurumlarının nümayəndələri Bakıda səfərdə olublar.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Xarici Siyasət

Hamısına bax