Azərbaycanın Perudakı səfiri Seymur Fətəliyev etimadnaməsinin surətini bu ölkənin Xarici İşlər Nazirliyinin Dövlət Protokolu və Mərasimlər idarəsinin rəisi Eduardo Migel Hilarion Peres del Solar Marsenaroya təqdim edib.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə məlumat səfirliyin "X" sosial şəbəkəsində yerləşdirilib.
Qeyd edək ki, Seymur Fətəliyev ötən ilin oktyabrın 27-də Azərbaycanın Meksika Birləşmiş Ştatlarında səfiri vəzifəsinə təyin edilib.