Polşa hökuməti Belarusla sərhəddə sığınacaq ərizələrinin qəbuluna qoyulan qadağanı 21 may tarixindən etibarən daha 60 gün uzatmaq qərarına gəlib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.
Bildirilib ki, mayın 14-də Polşa parlamentinin aşağı palatası Seym bu addımı təsdiqləyib.
Xatırladaq ki, 2024-cü ilin mart ayının sonunda Polşa hökuməti Belarusla sərhəddə sığınacaq üçün müraciət etmək hüququnu 60 gün müddətinə dayandırdı, bundan sonra məhdudiyyət bir neçə dəfə oxşar müddətlərə uzadıldı.
Hakimiyyətin qanunla təsbit edə bildiyi mexanizm insan haqları fəalları və Polşa solçuları tərəfindən tənqid edildi.