Polşanın paytaxtı Varşava yaxınlığındakı hava limanında kiçik təyyarənin anqara çırpılması nəticəsində 5 nəfər həlak olub.
"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, ölkənin səhiyyə nazirliyinin verdiyi açıqlamada 7 nəfərin yaralandığı qeyd olunub.
Qəzanın hansı səbəbdən baş verdiyi məlum deyil.