Polisin qətli ilə bağlı cinayət işi başlanılıb

Polisin qətli ilə bağlı cinayət işi başlanılıb
19.06.2023 09:11
Aa
dəq

Biləsuvarda keçmiş polisin qətli ilə bağlı cinayət işi başlanılıb.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Cəbrayıl Rayon Prokurorluğundan məlumat verilib.

Bildirilib ki, iyunun 18-i saat 23 radələrində Cəbrayıl rayon sakinləri üçün Biləsuvar rayonu ərazisində salınmış 10 saylı qəsəbədə yerləşən iaşə obyektlərindən birində 1983-cü il təvəllüdlü Bayramov Bayram Oruc oğlunun ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Aparılan araşdırmalarla 1970-ci il təvəllüdlü Həsənov Fəxrəddin Əli oğlunun şəxsi münasibətlər zəminində B.Bayramova kəsici alətlə xəsarət yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Fakta görə Cəbrayıl Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. F.Həsənov iş üzrə şübhəli şəxs qismində tutulub.

İbtidai istintaq davam etdirilir.

Qeyd edək ki, B.Bayramov polis nəfəri kimi əvvəllər polis orqanında xidmət edib, öz arzusu ilə polis orqanlarından xaric edilib.

Həftənin ən çox oxunanları

Səbaildə saxlanılan şəxslərdən 2 kq heroin aşkarlanıb

Səbaildə saxlanılan şəxslərdən 2 kq heroin aşkarlanıb
DAVAMIN OXU davamın oxu

Narkopritonda polisə silahlı müqavimət göstərən şəxs zərərsizləşdirildi

Narkopritonda polisə silahlı müqavimət göstərən şəxs zərərsizləşdirildi
DAVAMIN OXU davamın oxu

Evə basqın etdi, polis zərərsizləşdirdi

Evə basqın etdi, polis zərərsizləşdirdi
DAVAMIN OXU davamın oxu

“Bandotdel” əməliyyat keçirdi, 3 nəfər həbs edildi - VİDEO

“Bandotdel” əməliyyat keçirdi, 3 nəfər həbs edildi - VİDEO
DAVAMIN OXU davamın oxu

Bakıda 7 marketdən 42 min manatlıq oğurluq edən maskalı şəxslər saxlanılıb

Bakıda 7 marketdən 42 min manatlıq oğurluq edən maskalı şəxslər saxlanılıb
DAVAMIN OXU davamın oxu