Göyçayda həyata keçirilən polis əməliyyatı zamanı saxlanılan şəxsdən narkotik vasitə və qanunsuz saxlanılan avtomat silah aşkarlanıb.
DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan “Operativ Məlumat Mərkəzi-OMM”-ə verilən məlumata görə, Göyçay Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxs müəyyən edilib. Əməliyyat zamanı əvvəllər də dəfələrlə məhkum olunmuş 33 yaşlı Əlixan Məmmədov saxlanılıb.
Şübhəli şəxsin yaşadığı ünvanda aparılan axtarış zamanı psixotrop maddə olan metamfetamin tapılıb. Bundan əlavə, evdən “Kalaşnikov” markalı avtomat və silaha aid 126 ədəd patron müsadirə edilib.
Hazırda faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.