"Milli Hidrometeorologiya Xidməti"nin martın 27-si saat 09:00-a olan məlumatına əsasən, Azərbaycanın əksər bölgələrində yağıntılı hava şəraiti davam edir. Şahdağda isə qar yağıb və qarın hündürlüyü 1 santimetrə çatıb.
Bölgələr üzrə düşən yağıntının miqdarı aşağıdakı kimidir:
- Astara - 13 mm;
- Lerik - 9 mm;
- Cəbrayıl və Şahbuz - 7 mm;
- Yardımlı, Lənkəran və Beyləqan - 6 mm;
- Daşkəsən, Ağdam, Biləsuvar və Ordubad - 4 mm;
- Tərtər - 3 mm;
- Goranboy, İmişli, Göygöl, Bərdə, Gədəbəy, Naftalan, Culfa, Naxçıvan və Şərur - 2 mm.
Digər bir sıra rayonlarda, o cümlədən Bakı və Abşeron yarımadasında, həmçinin Qarabağ və Şərqi Zəngəzurun bəzi ərazilərində (Şuşa, Xankəndi, Xocalı, Laçın, Kəlbəcər, Füzuli, Qubadlı) yağıntının miqdarı 1 mm təşkil edib.
Hazırda paytaxtda və Abşeron yarımadasında şimal-qərb küləyi əsir. Küləyin maksimal sürəti saniyədə 21 metrə çatır. Bununla yanaşı, Bakı, Abşeron yarımadası, Daşkəsən, Göygöl, Quba, Qusar, Göyçay və Lerikdə dumanlı hava şəraiti qeydə alınıb. Duman səbəbindən bu ərazilərdə görünüş məsafəsi 500 metrədək məhdudlaşıb.