Operativ Məlumat Mərkəzi

Pezeşkian: İran sülhə xidmət edən hər bir təşəbbüsü dəstəkləyir

2 dəq
Paylaş:
Pezeşkian: İran sülhə xidmət edən hər bir təşəbbüsü dəstəkləyir

İran İslam Respublikasının Prezidenti Məsud Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi və ilə zamanı mühüm bəyanatlar verib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Pezeşkian Tehranın sülhün möhkəmləndirilməsinə və müharibələrin qarşısının alınmasına kömək edəcək hər bir təşəbbüsü alqışladığını vurğulayıb.

Prezident qeyd edib ki, İran hüquq çərçivəsində, xalqların və ölkələrin hüquqlarına tam hörmət edilməklə münaqişələrin dayandırılmasına yönəlmiş istənilən prosesə hazırdır. Onun sözlərinə görə, əsas məqsəd bütün insanların sülh və əmin-amanlıq şəraitində birgə yaşamasını təmin etməkdir.

Öz növbəsində, Məhəmməd bin Salman İrana qarşı hər hansı təcavüz və ya təhdidin qəbulolunmaz olduğunu bildirib. O, Yaxın Şərqdə davamlı sülh və təhlükəsizliyin bərqərar olması üçün Səudiyyə Ərəbistanının İranla hər cür əməkdaşlığa hazır olduğunu diqqətə çatdırıb.

Qeyd edək ki, bu bəyanatlar ABŞ tərəfinin regiondakı hərbi fəallığını artırdığı bir dövrə təsadüf edir. Belə ki, yanvarın 23-də Donald Tramp ABŞ-nin regiona əlavə qüvvələr, o cümlədən hərbi gəmilər göndərdiyini və İrana qarşı güc tətbiqi variantını ciddi şəkildə nəzərdən keçirdiyini bəyan etmişdi.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Region xəbərləri

Hamısına bax