Yaxın Şərq HHX xidmətlərindəki mənbə TASS-a bildirib ki, ölkədə hava məkanı açıldıqdan sonra 40 gündən çox müddətdə ilk sərnişin təyyarəsi İraqa uçub.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, mənbənin sözlərinə görə, Dubaydan gələn təyyarə Bəsrə şəhərinin beynəlxalq hava limanına eniş edib. Bu, fevralın 28-də tətbiq edilən uçuş qadağasının aradan qaldırılmasından sonra ilk uçuş olub.
Mənbə əlavə edib ki, sərnişin təyyarəsi uçuş zamanı Küveytin hava məkanını keçib, halbuki həmin hava məkanı hələ də bağlı qalır.