Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Ferrari-nin ilk elektrikli avtomobili rekord qiymətə satıldı

2 dəq
Paylaş:
Ferrari-nin ilk elektrikli avtomobili rekord qiymətə satıldı

İtaliyanın lüks istehsalçısı Ferrarinin ilk elektrikli modeli “Luce”nin xüsusi “” versiyası ABŞ-nin Kaliforniya ştatında keçirilən “Monterey Avtomobil Həftəsi” çərçivəsində təşkil olunan xeyriyyə hərracında qiymətə satılıb.

“Operativ Məlumat Mərkəzi – OMM” xəbər verir ki, “RM Sotheby’s” hərrac evinin məlumatına görə, avtomobil ilkin olaraq 1,1 milyon dollar qiymətləndirilsə də, nəticədə 40 milyon dollara alıcı tapıb. Bu məbləğ ilkin qiymətdən təxminən 36 dəfə çoxdur.

İtalyanca “işıq” mənasını verən “Luce” modeli may ayında ilk dəfə təqdim edilərkən dizaynı ilə diqqət çəkib. -nin ənənəvi kəskin xətlərindən fərqli qabarıq görünüşə malik avtomobil bəzi avtomobil həvəskarları tərəfindən birmənalı qarşılanmayıb.

Modelin təqdimatından sonra şirkətin Milan birjasında səhmlərinin 8 faizdən çox ucuzlaşması da diqqət çəkib.

Texniki baxımdan isə “ 0” yüksək göstəriciləri ilə seçilir. Avtomobilin hər təkəri ayrıca elektrik mühərriki ilə təchiz olunub. Kuzov işıqdan asılı olaraq yaşıl rəngdən bənövşəyi rəngə keçən xüsusi sədəfli örtüklə işlənib. Salon üçün isə “Perla Le Mans” metalik dəridən istifadə olunub.

“Ferrari USA”nın açıqlamasına görə, xeyriyyə hərracından əldə olunan vəsaitin tamamı təhsil layihələrinə dəstək məqsədilə “Ferrari” Fonduna köçürüləcək.

Avtomobilin Maranellodakı zavodda istehsalı başa çatdıqdan sonra 2027-ci ilin ilk rübündə sahibinə təhvil verilməsi planlaşdırılır.

Standart “Luce” modellərinin isə ilkin olaraq 550 min avro qiymətlə satışa çıxarılması və ilk çatdırılmaların 2026-cı ilin sonlarında başlanması gözlənilir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Texnologiya

Hamısına bax