Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Şuşanın kəndinə ilk köç yola salındı - YENİLƏNİB

2 dəq
Paylaş:
Şuşanın kəndinə ilk köç yola salındı - YENİLƏNİB

Şuşa rayonunun Böyük Qaladərəsi kəndinə yola salınan ilk köç karvanı çatıb.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, köç respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti ailələrdir.

Bu mərhələdə Böyük Qaladərəsi kəndinə 14 ailə (64 nəfər) köçürülüb.

***

Şuşa rayonunun Böyük Qaladərəsi kəndinə ilk köç karvanı yola salınıb.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, kəndə köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

Bu mərhələdə Böyük Qaladərəsi kəndinə 14 ailə (64 nəfər) köçürülüb.

Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkür ediblər. Onlar həmçinin torpaqları işğaldan azad edən rəşadətli Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Daxili Siyasət

Hamısına bax