Operativ Məlumat Mərkəzi

Paytaxtda parkda 2 nəfərin telefonu oğurlanıb

1 dəq
Paylaş:
Paytaxtda parkda 2 nəfərin telefonu oğurlanıb
Bakıda parkda 2 nəfərin telefonu oğurlanıb. Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib....

Bakıda parkda 2 nəfərin telefonu oğurlanıb.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, paytaxtın Nəsimi rayonu ərazisində yerləşən parkların birində Bakı şəhər sakini olan 2 nəfərin 2100 manat və 1500 manat dəyərində 2 ədəd mobil telefonlarının oğurlanması barədə polisə məlumat daxil olub.

Nəsimi Rayon Polis İdarəsinin 20-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Anar Qurbanzadə müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.

Bu xəbəri paylaş

Oxşar xəbərlər