Operativ Məlumat Mərkəzi

Paytaxtda bir sıra yollarda nəqliyyatın sıxlığı müşahidə olunur

2 dəq
Paylaş:
Paytaxtda bir sıra yollarda nəqliyyatın sıxlığı müşahidə olunur
Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı müşahidə olunur. Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən...

Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı müşahidə olunur.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən bildirilib.

Hazırda yollardakı vəziyyət:

1. Heydər Əliyev prospekti, əsas və kənar yol, mərkəz istiqamətində;

2. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metro stansiyası istiqamətində;

3. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən "20 Yanvar" metro stansiyası istiqamətində;

4. "20 Yanvar" dairəsində;

5. Tbilisi prospekti, "20 Yanvar" metro stansiyasından mərkəz istiqamətində;

6. Yusif Səfərov küçəsi, Heydər Əliyev prospekti istiqamətində;

7. Babək prospekti, mərkəz istiqamətində;

8. Üzeyir Hacıbəyli küçəsi, Cavanşir körpüsündən Azadlıq prospekti ilə kəsişməyə qədər;

9. Rəşid Behbudov küçəsi, Mərkəzi Bank istiqamətində;

10. Bakıxanov küçəsi, İnşaatçılar prospekti ilə kəsişmədən "Dədə Qorqud" parkı istiqamətində;

11. 28 May küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;

12. Dilarə Əliyeva küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;

13. 8 Noyabr prospekti, Süleyman Əhmədov küçəsi ilə kəsişmədən mərkəz istiqamətində;

14. Binəqədi şosesi, "Azadlıq Prospekti" metro stansiyası istiqamətində;

15. Mikayıl Müşfiq küçəsi, Badamdar dairəsindən 20 saylı məktəb istiqamətində;

16. Əbdülvahab Salamzadə küçəsi, Ziya Bünyadov prospekti istiqamətində sıxlıq müşahidə olunur.

Foto qalereya

Bu xəbəri paylaş

Oxşar xəbərlər