Rəsmi Tehranla əlaqələrin gələcək inkişafı İrəvan üçün prioritet məsələdir.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan Kazanda keçirilən BRİKS sammiti çərçivəsində İran prezidenti Məsud Pezeşkianla görüşü zamanı deyib.
Paşinyan qeyd edib ki, Pezeşkianın prezidentliyi zamanı İranla münasibətlərin dinamikası nəinki qorunub, hətta inkişaf etdirilib.
Nikol Paşinyan vurğulayıb ki, İranla əlaqələrin daha da inkişaf etdirilməsi Ermənistan hökumətinin prioritetlərindən biridir.