Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Paşinyan: Sərhədə səfər xəbərdarlığı bitsin

2 dəq
Paylaş:
Paşinyan: Sərhədə səfər xəbərdarlığı bitsin

Ermənistanda fəaliyyət göstərən səfirliklər öz vətəndaşlarını ölkənin sərhədyanı rayonlarına səfər etməməyə çağırmağa son qoymalıdır.

“Operativ Məlumat Mərkəzi-OMM” yerli KİV-ə istinadən xəbər verir ki, bu tələbi hökumət iclasında Ermənistanın Nikol Paşinyan səsləndirib.

Baş nazirin sözlərinə görə, əvvəlki illərdə bəzi nümayəndəliklər vətəndaşlarını sərhədyanı əraziləri, xüsusilə strateji əhəmiyyətli Sünik vilayətini ziyarət etməkdən çəkinmələri barədə mütəmadi xəbərdar edirdilər.

İclas zamanı naziri Ararat Mirzoyana birbaşa müraciət edən hökumət rəhbəri bildirib: "Cənab Mirzoyan, bu səfirliklərlə işləmək lazımdır ki, onlar bu cür xəbərdarlıqları davam etdirməsinlər".

N.Paşinyan vurğulayıb ki, hesabatlarda cinayət səviyyəsi baxımından təhlükəsiz ölkə kimi xarakterizə olunur və 2025-ci il üzrə statistik məlumatlar da bu faktı təsdiqləyir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Ermənistan xəbərləri

Hamısına bax