Ermənistanın Baş naziri Nikol Paşinyan Niderland Krallığının Baş naziri Rob Jetteni milli bayram münasibətilə təbrik edib.
"Operativ Məlumat Mərkəzi-OMM"xəbər verir ki, bu barədə Ermənistan Respublikası Baş Nazirinin Ofisi məlumat yayıb.
Bildirilib ki, Paşinyan Niderlandın milli bayramı – Kral Günü münasibətilə ünvanladığı mesajda həmkarına və Niderland xalqına xoş arzularını çatdırıb.
Qeyd olunub ki, təbrik məktubunda Ermənistan-Niderland münasibətlərinin son dövrlərdə misli görünməmiş fəallıq nümayiş etdirdiyi vurğulanıb.
Məlumata görə, bu əməkdaşlığın inkişafında iki ölkə arasında imzalanmış Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamənin mühüm rol oynadığı bildirilib.
Bildirilib ki, Paşinyan Niderlandın Ermənistanda həyata keçirilən demokratik islahatlara və ölkənin Avropaya inteqrasiyasına verdiyi siyasi dəstəyi yüksək qiymətləndirib.
Sonda Ermənistanın Baş naziri həmkarına uğurlar, Niderland xalqına isə firavanlıq və əmin-amanlıq arzulayıb.