Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Paşinyan: Azərbaycanla sülhdən imtina Ermənistan üçün ölümcül təhdiddir

2 dəq
Paylaş:
Paşinyan: Azərbaycanla sülhdən imtina Ermənistan üçün ölümcül təhdiddir

Ermənistanla arasında sülh bərqərar olub və bu o deməkdir ki, müharibənin qapısını qətiyyətlə bağlamışıq.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Ermənistanın Nikol özünün feysbuk səhifəsində canlı yayımda məlumat verib.

O, mövcud sülhdən imtina etməyin müharibəyə qapı açacağını vurğulayıb:

"Köçəryanın, Karapetyanın və Tsarukyanın rəhbərlik etdiyi qüvvələrin Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinə yenidən baxmaq siyasəti yürütdüyü açıq şəkildə müəyyən edilib. İndi qeyd etdiyim qüvvələr həmin qapını açmağa çalışırlar və bu, şübhəsiz ki, Respublikasının təhlükəsizliyi üçün təhdiddir.

Ən optimist proqnoza sadiq qalsaq belə, sülh müqaviləsinin yenidən nəzərdən keçirilməsi danışıqlar prosesi nəticəsində sonda razılaşdığımız bütün məzmunu dəyişdirmək üçün fürsət yaratmaq deməkdir. Nəzəri olaraq, bu məzmunun yaxşılaşa biləcəyi, eyni zamanda pisləşə biləcəyi düşünülür. Lakin bu məzmunun tamamilə çökməsi ehtimalı daha yüksəkdir".

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Ermənistan xəbərləri

Hamısına bax