"Cyclingrace" təşkilatçıları Ermənistanın baş naziri Nikol Paşinyanı may ayının sonunda Moskvada keçiriləcək "Sadovoye koltso" veloyürüşünə dəvət etmək niyyətindədirlər.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə təşkilatçılar Rusiya mətbuatına açıqlamalarında bildiriblər.
Xatırladaq ki, Ermənistan hökumətinin rəhbəri əvvəlki səfərlərindən birində Moskvanın mərkəzində velosiped sürmüşdü. Təşkilatçılar qeyd ediblər:
"Baş naziri mayın sonunda yenidən Moskvaya dəvət etməkdən və beynəlxalq statuslu əsas tədbirimiz olan "Sadovoye koltso" veloyürüşündə görməkdən məmnun olarıq".
Şirkətdən verilən məlumata görə, yarışda iştirak etmək üçün yaxın və uzaq xaricdən çox sayda idmançı Rusiya paytaxtına gələcək.