Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Ermənistan ordusunda hərbçinin ölümü: Paşinyan kadr dəyişiklikləri edəcək

2 dəq
Paylaş:
Ermənistan ordusunda hərbçinin ölümü: Paşinyan kadr dəyişiklikləri edəcək

Silahlı Qüvvələrində hərbi qulluqçu Qriqor Zakaryanın ölümü ilə bağlı bir sıra kadr dəyişikliklərinin həyata keçiriləcəyi gözlənilir. Ermənistanın bildirib ki, hadisə ilə əlaqədar məsul şəxslərlə bağlı yaxın vaxtlarda müvafiq qərarlar qəbul ediləcək.

“Operativ Məlumat Mərkəzi – OMM” xəbər verir ki, Paşinyan hökumətin iclasından sonra keçirdiyi brifinqdə məsələ ilə bağlı Suren Papikyanla səhər saatlarında görüşdüyünü və vəziyyəti müzakirə etdiyini bildirib.

Paşinyan xüsusilə Hərbi Polis və Mənəvi-psixoloji təminat idarəsində dəyişikliklərin aparılacağını açıqlayıb.

Baş nazir bildirib ki, bu qurumların fəaliyyətinin niyə gözlənilən nəticəni vermədiyi ətraflı şəkildə araşdırılacaq.

“Mən artıq qərarımı vermişəm: Hərbi Polisdə dəyişikliklər olacaq, yeniliklər Mənəvi-psixoloji təminat idarəsinə də toxunacaq. Nəticələr çıxarılacaq və bəli, fərdi məsuliyyət məsələsi qaçılmazdır”, – deyə Paşinyan bildirib.

hökumətinin başçısı orduda baş verən ölüm hallarına görə ölkənin hərbi-siyasi rəhbərliyinin birbaşa məsuliyyət daşıdığı fikri ilə razılaşmayıb.

Paşinyan Baş Qərargah rəisi və müdafiə nazirinin mövcud problemlərin həlli istiqamətində kifayət qədər səy göstərdiyinə inandığını bildirib.

Bununla yanaşı, o, konkret qurumlarda və məsul vəzifələrdə dəyişikliklərin qaçılmaz olduğunu vurğulayıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Ermənistan xəbərləri

Hamısına bax