Paris-2024: Azərbaycan medal sıralamasında 23-cü pillədə qərarlaşıb

Paris-2024: Azərbaycan medal sıralamasında 23-cü pillədə qərarlaşıb
01.08.2024 09:00
Aa
dəq

Azərbaycan Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında medal sıralamasında 23-cü pillədə qərarlaşıb.

"Operativ Məlumat Mərkəzi-OMM"-in məlumatına görə, hələlik komandanın aktivində bir qızıl mükafat var.

Cüdoçu Hidayət Heydərov (73 kq) iyulun 29-da olimpiya çempionu adını qazanıb.

Ölkəmizlə birlikdə Argentina, Sloveniya, Serbiya və Özbəkistan da bir qızıl medalla 23-cüdür.

Qardaş ölkə Türkiyə (1 gümüş, 1 bürünc) 32-ci, Gürcüstan isə 14-cü (1 qızıl, 1 gümüş) sıradadır.

İlk "üçlük"də Çin (9 qızıl, 7 gümüş, 3 bürünc), Fransa (8 qızıl, 10 gümüş, 8 bürünc) və Yaponiya (8 qızıl, 3 gümüş, 8 bürünc) yer alıblar.

Hələlik 47 ölkə mükafat əldə edə bilib.

Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq.

Həftənin ən çox oxunanları

İlham Zəkiyev bürünc medal qazandı!

İlham Zəkiyev bürünc medal qazandı!
DAVAMIN OXU davamın oxu

Paris-2024: Xatirə İsmiyeva medal qazanmaq şansını davam etdirir - YENİLƏNİB - 2

Paris-2024:  Xatirə İsmiyeva medal qazanmaq şansını davam etdirir - YENİLƏNİB - 2
DAVAMIN OXU davamın oxu

Paris-2024: Dürsədəf Kərimova bürünc medal uğrunda görüşə çıxacaq - YENİLƏNİB

Paris-2024: Dürsədəf Kərimova bürünc medal uğrunda görüşə çıxacaq - YENİLƏNİB
DAVAMIN OXU davamın oxu

Orxan Aslanov qızıl medal qazandı!

Orxan Aslanov qızıl medal qazandı!
DAVAMIN OXU davamın oxu

Paris-2024: Raman Saley finala vəsiqə qazanıb

Paris-2024: Raman Saley finala vəsiqə qazanıb
DAVAMIN OXU davamın oxu