Pakistanda mayın 9-da keçmiş baş nazir İmran Xanın həbsindən sonra başlayan etirazlarda həyatını itirən nümayişçilərin sayı 9-a yüksəlib.
"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, 290-dan çox etirazçı yaralanıb.
Ölkə daxilində davam edən nümayişlərdə 200-dən çox polis yaralanıb, polisə aid bir çox avtomobil yararsız hala salınıb.