Pakistan İran və ABŞ-a döyüş əməliyyatlarının dayandırılması planını təqdim edib.
“Operativ Məlumat Mərkəzi-OMM” "Reuters"ə istinadən xəbər verir.
Mənbənin sözlərinə görə, Pakistan döyüş əməliyyatlarının dayandırılmasına dair çərçivə sazişi hazırlayıb. Sazişdə dərhal atəşkəsin elan edilməsini və daha sonra hərtərəfli sazişin bağlanmasını nəzərdə tutan ikimərhələli yanaşma təqdim olunub.
"Bu gün bütün elementlər razılaşdırılmalıdır", - mənbə bildirib və qeyd edib ki, hərbi əməliyyatların dayandırılması Hörmüz boğazının dərhal açılmasına imkan verəcək. Mənbə həmçinin əlavə edib ki, ilkin razılaşma anlaşma memorandumu şəklində rəsmiləşdiriləcək.