Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Pakistan və Qətər ABŞ-İran gərginliyini azaltmaq üçün sülh təşəbbüsü irəli sürdü

2 dəq
Paylaş:
Pakistan və Qətər ABŞ-İran gərginliyini azaltmaq üçün sülh təşəbbüsü irəli sürdü

ABŞ ilə İran arasında artan gərginliyin azaldılması məqsədilə diplomatik təşəbbüs hazırlayıb.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, mənbələrin məlumatına görə, regional tərəfdaşlarla aparılan məsləhətləşmələrdən sonra hazırlanan Vaşinqton və Tehrana təqdim olunub.

Məlumata əsasən, təşəbbüs tərəfləri 9 iyul tarixindən əvvəlki vəziyyətə qayıtmağa və münaqişənin dayandırılması istiqamətində danışıqları bərpa etməyə çağırır. Bu addım gərginliyin aradan qaldırılması üçün "ilk mərhələ" kimi qiymətləndirilir.

Təklif olunan plana əsasən, ABŞ və İran arasında iki həftəlik rejiminin tətbiqi, İran tərəfindən Hörmüz boğazının açılması, ABŞ-nin isə İrana qarşı tətbiq etdiyi dəniz blokadası və neft sanksiyalarını dayandırması nəzərdə tutulur.

Bildirilib ki, tərəflər bu şərtləri qəbul edəcəyi təqdirdə, danışıqlar prosesinin dərhal bərpası planlaşdırılır. Bundan əlavə, Livanın cənubunda atəşkəsin qorunması da müzakirə mövzularından biri kimi göstərilir.

Məlumata görə, "Axios" platforması Pakistan, Qətər və Misir kimi vasitəçilərin tərəflərə 10 günlük atəşkəs təklif etdiyini yazıb. ABŞ rəsmilərindən biri Tramp administrasiyasının bu təşəbbüsü nəzərdən keçirdiyini və İsrailə diplomatik imkanları məhdudlaşdıra biləcək addımlardan çəkinmək çağırışı etdiyini bildirib.

Digər tərəfdən, İsrail rəsmiləri ölkə ordusunun yüksək hazırlıq vəziyyətində olduğunu və münaqişənin genişlənməsi ehtimalına qarşı tədbirlər görüldüyünü açıqlayıblar.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax