Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin Türkiyəyə rəsmi səfərinin proqramı açıqlanıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Administrasiyası məlumat yayıb.
Bildirilib ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan onu Prezident iqamətgahında rəsmi qarşıladıqdan sonra ikitərəfəli görüş keçiriləcək. Bundan sonra Türkiyə-Özbəkistan Ali Səviyyəli Strateji Əməkdaşlıq Şurasının 3-cü Toplantısı baş tutacaq. Bunun ardınca iki dövlət arasında müqavilələrin imzalanması, Ərdoğanla Mİrziyoyevin birgə mətbuat konfransı keçirməsi planlaşdırılır.
Qeyd edək ki, iyunun 5-də Özbəkistan Prezidenti Şavkat Mirziyoyev xanımı ilə birlikdə Türkiyəyə rəsmi səfər edib.