Ombudsman Xankəndidə erməni əsilli sakinlərlə görüşüb

Ombudsman Xankəndidə erməni əsilli sakinlərlə görüşüb
28.03.2024 11:54
Aa
dəq

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Xankəndi şəhərində erməni əsilli sakinlərlə görüşüb, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həssas əhali qrupları üçün yaradılmış sığınacağa da baş çəkib.

Ombudsman Aparatından "Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən xəbərə görə, S.Əliyeva müəssisədə, eləcə də müəssisədən kənarda yaşayan və xidmətlərdən faydalanan erməni əsilli sakinlərin hüquq və azadlıqlarının təmini vəziyyəti ilə maraqlanıb, Ombudsmanın səlahiyyətləri barədə ətraflı məlumat verib. Eləcə də psixoloq və sosial işçilər tərəfindən sakinlərə göstərilən sosial xidmətlər, qida təminatı monitorinq olunub.

Qəbul edilmiş şəxslərin müraciətləri dinlənilib və onlar göstərilən münasibətdən, yaradılmış şəraitdən razılıq ediblər.

Başçəkmə zamanı Ombudsmanın 24 saat fəaliyyət göstərən 916 Çağrı Mərkəzi barədə məlumatı özündə əks etdirən plakatlar müəssisəyə təqdim olunub.

Həftənin ən çox oxunanları

Kəmaləddin Heydərov FHN-in Gəncə Regional Mərkəzində müşavirə keçirib

Kəmaləddin Heydərov FHN-in Gəncə Regional Mərkəzində müşavirə keçirib
DAVAMIN OXU davamın oxu

Xankəndidə ilk körpə dünyaya gəlib - FOTO

Xankəndidə ilk körpə dünyaya gəlib - FOTO
DAVAMIN OXU davamın oxu

Samuxda ağacəkmə və təmizlik aksiyası keçirilib

Samuxda ağacəkmə və təmizlik aksiyası keçirilib
DAVAMIN OXU davamın oxu

Leyla Əliyeva Azərbaycan Autizm Assosiasiyasının idmançı uşaqları ilə görüşüb

Leyla Əliyeva Azərbaycan Autizm Assosiasiyasının idmançı uşaqları ilə görüşüb
DAVAMIN OXU davamın oxu

FHN-in Qarabağ Regional Mərkəzi nümunəvi mülki müdafiə məşqi keçirib

FHN-in Qarabağ Regional Mərkəzi nümunəvi mülki müdafiə məşqi keçirib
DAVAMIN OXU davamın oxu