Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

MİQ-in nəticələri açıqlandı

2 dəq
Paylaş:
MİQ-in nəticələri açıqlandı

Müəllimlərin işə qəbulu (MİQ) müsabiqəsi üzrə açıqlanıb.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə Respublikasının Təhsil İnstitutu məlumat yayıb.

Qeyd olunub ki, nəticələr namizədlərin şəxsi kabinetlərinə göndərilib.

Məlumata görə, 14-18 iyulda dövlət ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu müsabiqəsinin test imtahanı mərhələsi keçirilib. 35 imtahan mərkəzində baş tutmuş imtahanlarda ümumilikdə 33 mindən çox namizəd iştirak edib, davamiyyət göstəricisi 96 % təşkil edib.

İmtahanlar yekunlaşdıqdan sonra sualların məzmunu ilə bağlı daxil olan bütün müraciətlər aidiyyəti üzrə ekspertlər tərəfindən yenidən nəzərdən keçirilib və bəzi suallarda səhvlərin olduğu qeyd edilib.

Belə ki, biologiya üzrə 1, coğrafiya fənni üzrə 1, rus dili və ədəbiyyatı fənni üzrə 1, kimya fənni üzrə Azərbaycan bölməsində 1, rus bölməsində 3, musiqi fənni üzrə rus bölməsində 1 test tapşırığı ilə bağlı qiymətləndirməyə təsir edən uyğunsuzluq müəyyən olunub. Həmin səhvlər nəzərə alındıqdan sonra həmin test tapşırıqları üzrə bal düzəlişləri müvafiq fənlər üzrə namizədlərin xeyrinə hesablanıb.

Yenilənmiş nəticələr artıq namizədlərin şəxsi kabinetlərinə göndərilib. miq.edu.az saytında şəxsi kabinetlərinə daxil olaraq yenilənmiş nəticələrlə tanış ola .

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Elm və təhsil

Hamısına bax