Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Məhərrəm ayı: Aşura gününün tarixi bəlli oldu

2 dəq
Paylaş:
Məhərrəm ayı: Aşura gününün tarixi bəlli oldu

Azərbaycanda ayı iyunun 16-na, günü isə 25 iyuna təsadüf edəcək.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə Müsəlmanları İdarəsi (QMİ) Şurasının və səlahiyyətli nümayəndələrinin Məhərrəm ayının başlanması ilə əlaqədar ölkə müsəlmanlarına müraciətində qeyd edilib.

Qazılar Şurası dindarlara xatırladır ki, Məhərrəm və Səfər aylarında 60 gün ərzində keçirilən təziyə mərasimləri, xüsusilə Tasua və Aşura əzadarlığı zamanı müxtəlif alətlərlə bədənə xəsarət yetirmək, qan çıxarmaq, qurşağadək soyunaraq sinə vurmaq və s. dinə görə qəbuledilməzdir:

"Eyni zamanda, qazılar və imamlar "Dini etiqad azadlığı haqqında" qanunun müddəalarına riayət edərək dini mərasimləri məscid, ziyarətgah və onlara aid ərazilərdə keçirməlidirlər. qanunlarına əsasən, təziyə mərasimləri zamanı milli-mənəvi dəyərlərimizə və dövlətçilik ənənələrimizə xələl gətirən şüarların səsləndirilməsi, dövlət simvollarına uyğun olmayan atributların istifadəsi, küçə yürüşləri və ictimai asayişin pozulması icazəli deyil".

Fətvada həmçinin qeyd olunub ki, Məhərrəm ayında önəmli tədbirlərdən biri də qanvermə aksiyasıdır:

"Bu il də humanist ənənəni davam etdirərək, qan bankının paytaxtda və bölgələrdəki filiallarında, habelə digər səhiyyə ocaqlarında ehsan niyyəti ilə qan verəcək, minlərlə xəstə insana, irsi xəstəliklərdən əziyyət çəkən uşaqların şəfa tapmasına yardımçı olacaqlar. Həmin məkanların ünvanları Qafqaz Müsəlmanları İdarəsinin rəsmi səhifəsində yerləşdiriləcək".

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Daxili Siyasət

Hamısına bax