Bakıda bir sıra əsas magistral yollar və şəhərdaxili küçələrdə nəqliyyat sıxlığı yaranıb.
"Operativ Məlumat Mərkəzi-OMM"-in məlumatına görə, bununla bağlı Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) aktual yol vəziyyəti barədə məlumat yayıb.
Hazırda paytaxtda sıxlıq olan yollar
NİİM-in açıqlamasına əsasən, hazırda nəqliyyatın hərəkətində çətinlik müşahidə olunan istiqamətlər bunlardır:
Bakı–Sumqayıt şosesi – “20 Yanvar” metro stansiyası istiqamətində;
Tbilisi prospekti – İzmir küçəsi ilə kəsişmədən “20 Yanvar” metro stansiyası istiqamətində;
28 May küçəsi – Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsinədək;
“Ukrayna” dairəsi – “Əhmədli” metro stansiyası istiqamətində;
Mikayıl Müşfiq küçəsi – “Badamdar” dairəsindən 20 nömrəli məktəb-lisey istiqamətində;
Binəqədi şosesi – “Azadlıq prospekti” metro stansiyası istiqamətində;
1-ci Göl kənarı yolu – Ziya Bünyadov prospekti istiqamətində;
Sabunçu–Zabrat şosesi – “Koroğlu” metro stansiyası istiqamətində;
Aeroport şosesi – “Koroğlu” metro stansiyası istiqamətində;
Yusif Səfərov küçəsi – mərkəz istiqamətində.
NİİM sürücülərə alternativ marşrutlardan istifadə etməyi, yol hərəkəti qaydalarına riayət etməyi və hərəkət zamanı diqqətli olmağı tövsiyə edir. Yol vəziyyəti ilə bağlı yenilənmiş məlumatların mütəmadi təqdim ediləcəyi bildirilib.