Əsas məzmuna keç

BƏƏ Netanyahuya HƏMAS-ın hücumu ilə bağlı gizli xəbərdarlıq edib

BƏƏ Netanyahuya HƏMAS-ın hücumu ilə bağlı gizli xəbərdarlıq edib

“Haaretz” yazır ki, BƏƏ prezidenti Məhəmməd bin Zayed Əl Nəhyan 7 oktyabr 2023-cü il hücumundan təxminən 10 gün əvvəl İsrailin baş nazirinə xəbərdarlıq edib.

ru en

Birləşmiş Ərəb Əmirlikləri İsrailin Binyamin Netanyahunu HƏMAS-ın 7 oktyabr 2023-cü ildə planlaşdırdığı hücum barədə əvvəlcədən xəbərdar edib.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə “” qəzeti məlumat yayıb.

Nəşrin məlumatına görə, BƏƏ prezidenti hücumdan təxminən 10 gün əvvəl Netanyahuya zəng edərək HƏMAS lideri Yəhya Sinvarın planlarının İsrail və Fələstin hüdudlarından kənarda ciddi nəticələrə səbəb ola biləcəyini və bütün Yaxın Şərqi sabitsizləşdirə biləcəyini bildirib.

Telefon danışığında BƏƏ lideri ilə yanaşı, onun yaxın məsləhətçisi də iştirak edib. Qəzzadan uzun illər əvvəl Əbu-Dabiyə köçmüş fələstinli məsləhətçinin anklavda əlaqələrini qoruduğu qeyd olunub.

Mənbənin iddiasına görə, Əl Netanyahunun reaksiyasına təəccüblənib. İsrailin baş naziri isə sakit şəkildə İsrailin istənilən ssenariyə hazır olduğunu bildirib.

Nəşrlə danışan mənbənin sözlərinə görə, BƏƏ Prezidenti Netanyahunun xəbərdarlığı ciddi qəbul edəcəyinə və müvafiq tədbirlər görəcəyinə ümid edib. Lakin İsrailin baş naziri aldığı məlumatı müdafiə qurumlarının rəhbərlərindən gizlədib.

Bildirilir ki, “Şin-Bet”in rəhbəri, “Mossad”ın direktoru və İsrail Müdafiə Ordusunun Baş Qərargah rəisi Əl Nəhyanın xəbərdarlığından xəbərdar olmayıb.

Qeyd edək ki, ABŞ Prezidenti Trampın kürəkəni və xüsusi nümayəndəsi Cared Kuşner daha əvvəl HƏMAS-a tərksilahla bağlı sərt ultimatum verib. Onun sözlərinə görə, HƏMAS Qəzzada tərksilah öhdəliyini yerinə yetirməlidir, əks halda İsrailin başladığı hərbi əməliyyatı başa çatdırması mümkündür.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…