Yüzlərlə etirazçı Manhettendə Rokfeller Plaza binasında NBC telekanalının foyesinə basqın edərək, Baydenin amerikalı komediyaçı Set Meyersin proqramında iştirakına mane olmağa çalışıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
NBC-nin binasının foyesində oturaq etiraz aksiyası keçirən, əksəriyyəti yəhudi əsilli Fələstin tərəfdarları olan şəxslər Qəzzada soyqırımda ittiham olunan İsrailə qarşı “dərhal atəşkəs” və ABŞ-nin dəstəyini dayandırmağa çağırıblar.