Nyu-Yorkda Azərbaycanın Zəfər Günü münasibətilə məlumatlandırma aksiyası təşkil edilib

Nyu-Yorkda Azərbaycanın Zəfər Günü münasibətilə məlumatlandırma aksiyası təşkil edilib
08.11.2023 12:49
Aa
dəq

Nyu-Yorkun məşhur “Times Square” meydanında və digər ərazilərində 8 Noyabr – Zəfər Gününə həsr olunan məlumatlandırma aksiyası keçirilib

Diasporla İş üzrə Dövlət Komitəsindən "Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən məlumata görə, qurumun dəstəyi və Azərbaycan-Amerika Gənclər Federasiyasının təşkilatçılığı ilə baş tutan aksiya zamanı “Qarabağ Azərbaycandır!”, “Azərbaycan multikultural ölkədir!”, “Azərbaycan bir sıra etnik və milli azlıqların vətənidir!” kimi şüarları və qısa məlumatları əks etdirən LED-ekranlı avtomobil Nyu-Yorkun mərkəzi küçələrində hərəkət edib.

Aksiya çərçivəsində Azərbaycan ərazilərindəki mina probleminə, indiyədək dəqiq xəritələrin təqdim olunmamasına, yüzlərlə azərbaycanlının mina qurbanlarına çevrilməsinə də diqqət cəlb edilib. LED-ekranda minalarla bağlı statistik məlumatlar, “Minalardan azad həyat!”, “Qarabağdan dünyaya: minalara YOX deyək!”, “Qarabağın itkilərini xatırla: Minasız dünya üçün səslən!” kimi şüar və çağırışlar nümayiş etdirilib.

Aksiya ilə maraqlanan şəhər sakinlərinə Azərbaycan barədə əlavə məlumat verilib.

Həftənin ən çox oxunanları

Azərbaycanın nümayəndə heyəti BMT-nin sammitində iştirak edir

Azərbaycanın nümayəndə heyəti BMT-nin sammitində iştirak edir
DAVAMIN OXU davamın oxu

Ceyhun Bayramov ABŞ-yə gedib

Ceyhun Bayramov ABŞ-yə gedib
DAVAMIN OXU davamın oxu

Azərbaycan XİN Malini təbrik edib

Azərbaycan XİN Malini təbrik edib
DAVAMIN OXU davamın oxu

Blinken Azərbaycan xalqını təbrik edib

Blinken Azərbaycan xalqını təbrik edib
DAVAMIN OXU davamın oxu

Azərbaycan Prezidenti: Malta ilə əməkdaşlığın inkişaf etdirilməsi üçün əlverişli imkanlar var

Azərbaycan Prezidenti: Malta ilə əməkdaşlığın inkişaf etdirilməsi üçün əlverişli imkanlar var
DAVAMIN OXU davamın oxu