Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

"Niko Şlotterbek"in yeni müqaviləsi: "Real" və "Bavariya" üçün xüsusi şərt

2 dəq
Paylaş:
"Niko Şlotterbek"in yeni müqaviləsi: "Real" və "Bavariya" üçün xüsusi şərt

Almaniya millisinin və Dortmund ""sının müdafiəçisi Şlotterbekin klubu ilə imzaladığı yeni müqavilə onun uzun müddət bu komandada qalacağına zəmanət vermir.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, əksinə, yeni sözləşmədə futbolçunun gələcək karyerası üçün xüsusi bir bənd öz əksini tapıb.

Məlumata görə, müqavilədə yalnız məhdud sayda klublar üçün keçərli olan 50-60 milyon avro məbləğində sərbəstqalma (təzminat) bəndi mövcuddur. Bu şərt artıq bu yaydan etibarən qüvvəyə minir.

Şlotterbekin çıxış etmək istədiyi xəyalındakı klublar siyahısında """" yer alır.

Qeyd olunan sərbəstqalma bəndinin məhz bu nəhənglərə edildiyi ehtimal olunur. Vəziyyət isə aşağıdakı kimidir:

  • "Real Madrid" dəfələrlə alman müdafiəçiyə maraq göstərib.
  • "Bavariya" isə Dayo Upamekano ilə müqaviləni yenilədikdən sonra bu transferə o qədər də isti yanaşmır. Həmçinin, klub rəsmisi Maks Eberlin Şlotterbekin keyfiyyətlərinə tam əmin olmadığı bildirilir.

Qeyd edək ki, müdafiəçi aparıcı klublardan konkret təkliflər gözləsə də, heç bir rəsmi müraciət almadığı üçün "Borussiya" ilə müqaviləsini yeniləmək qərarına gəlib. Lakin o, xüsusi bənd vasitəsilə gələcək transferlər üçün qapını açıq saxlayıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Futbol

Hamısına bax