Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Ermənistan-Rusiya münasibətlərində yeni sınaq: Dəmir yolu savaşı başlayır

2 dəq
Paylaş:
Ermənistan-Rusiya münasibətlərində yeni sınaq: Dəmir yolu savaşı başlayır

Ermənistanın ” (CQDY) şirkəti ətrafında yaranmış vəziyyətlə bağlı rəsmi İrəvanın hüquqi addımlar atmağa hazır olduğunu bildirib.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, Paşinyan infrastrukturunun dövlətinə məxsus olduğunu və hökumətin bu sahədə öz maraqlarına uyğun qərarlar qəbul etmək hüququna malik olduğunu deyib.

Baş nazirin sözlərinə görə, tərəflər arasında məsələni razılaşma yolu ilə həll etmək cəhdləri davam etsə də, nəticə əldə olunmasa, beynəlxalq arbitraj məhkəməsinə müraciət variantı nəzərdən keçirilə bilər.

Paşinyan maliyyə məsələlərinə də toxunaraq, dəmir yolu ilə bağlı illik 2 milyard dollar həcmində tələbin irəli sürülə biləcəyinə eyham vurub. O bildirib ki, uzun illər ərzində bu istiqamətdə hər hansı ödəniş tələbi səsləndirilməyib.

Qeyd edək ki, Rusiyanın “Dəmir Yolları” şirkətinin törəməsi olan “Cənubi Qafqaz Dəmir Yolları” 2008-ci ildən Ermənistan dəmir yollarını konsessiya əsasında idarə edir.

Gərginlik Ermənistan hökumətinin Azərbaycan və Türkiyə istiqamətində yerləşən dəmir yolu xətlərinin, o cümlədən Arazdəyən-Naxçıvan və Axurik-Türkiyə sərhədi istiqamətlərinin bərpası məsələsini gündəmə gətirməsindən sonra artıb.

İrəvan daha əvvəl dəmir yolunun idarəçiliyinin üçüncü tərəfə, o cümlədən Qazaxıstan, Birləşmiş Ərəb Əmirlikləri və ya Qətər şirkətlərinə verilməsi ehtimalını müzakirəyə çıxarıb.

Rusiya Nəqliyyat Nazirliyi isə hazırda bu məsələ ilə bağlı hər hansı danışıqların aparılmadığını açıqlayıb. Paşinyan isə Ermənistanın mövcud razılaşmaları birtərəfli qaydada pozmaq niyyətində olmadığını, lakin problemin həlli üçün israrlı olduğunu bildirib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Ermənistan xəbərləri

Hamısına bax